Əhalinin əmanətləri artıb - Bank sektoru özünə gəlir

16:21 - 26.09.2022


26 sentyabr, Fineko/abc.az. Son 8 ayın maliyyə göstəricilərinə baxdıqda aydın görmək olur ki, Bank sektorunda depozit portfeli avqust ayında 2.8% (836.7 mln. manat) artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, depozit portfelinin 65.1%-ni hüquqi şəxslərin depozitləri, 34.9%-ni fiziki şəxslərin depozitləri (əmanətlər) təşkil edir.

Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 0.3% (26.5 mln. manat) artaraq 10,632 mln. manat təşkil edib.

Əmanət portfelinin 55.3%-i (5,888 mln. manat) müddətli əmanətlərdən ibarətdir.

Hüquqi şəxslərin tələbli depozitləri 17,402 mln. manat olmaqla (ay ərzində artım 4.8% və ya 799.2 mln. manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (19,805.2 mln. manat) 87.9%-ni təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər