Ölkədəki Bank kartlarının sayı 12 milyonu keçib

26.09.2022,17:06


26 sentyabr, Fineko/abc.az. Bank sistemi üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 180 min ədəd artaraq 12 milyon 609 min ədəd təşkil edib.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.9% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 22.4%, kredit kartları üzrə 26.7% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 117 min, kredit kartları 341 min, digər kartlar isə 1.8 mln. ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə artıb.