Azərbaycanda bir ayda kartlarla 2235 milyon manatlıq əməliyyat həyata keçirilib

26.09.2022,17:17


26 sentyabr, Fineko/abc.az. 2022-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2235 mln. manat təşkil edib.

ABC.AZ xəbər verir ki, həyata keçirilmiş nağdsız ödənişlərin 1708 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 524 mln. manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib.

Avqust ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 45%-ni təşkil edib.

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur.

Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 4.1%, POS-terminalların sayı 23% artıb.