Məcburi köçkünlər üçün tikilmiş mənzillərin satış qaydası - Detallar

10:10 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası təsdiq edilib.

ABC.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qayda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin açıq auksion formasında keçirilən hərrac vasitəsilə satışı qaydasını müəyyən edir.

Mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı vasitəsilə onlayn qaydada satılması mümkün olmadıqda onların satışı hərrac vasitəsilə həyata keçirilir.

Mənzillərin hərrac vasitəsilə satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən təşkil edilir.

Mənzillərin hərracda satılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənzillərə dair Qaydada nəzərdə tutulmuş məlumatları təqdim etməklə, Təşkilatçıya müraciət edir və onunla hərracın təşkilinə dair müqavilə bağlayır. 

 

Bütün xəbərlər