Bu ölkə neftin bahalaşmasına qarşı çıxır

10:34 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. İraq hakimiyyəti neftin qiymətində kəskin artım istəmir.

ABC.AZ xəbər verir ki, bunu ölkənin neft naziri, maliyyə naziri vəzifəsini icra edən İhsan Abdel Caber "Al Ekhbariya" telekanalının efirində deyib.

"Biz çətin dövrə qədəm qoyduq. Qlobal amillər neft qiymətlərinin azalmasına səbəb olub, bunlardan ən mühümləri iqtisadi artım templərinin azalması və inflyasiyanın artmasıdır", - o izah edib.

Nazirin sözlərinə görə, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ sazişinin iştirakçıları qiymətlərlə bağlı vəziyyəti izləyir və bazarda tarazlıq yaratmağa çalışırlar.

Bütün xəbərlər