Dəmiryolu xəttinin üzərində olan evlərə sənəd verilməyəcək - Deputat

27.09.2022,10:46


27 sentyabr, Fineko/abc.az. Sənədsiz evlər məsələsi yenidən gündəmə gəlib. Belə ki, Milli Məclisin deputatı Vahid Əhmədov hazırda bu istiqamətdə işlərin getdiyini bildirib.

ABC.AZ xəbər verir ki, deputat daha sonra bunları deyib:

"Əmlak Komitəsi də, Bakı Şəhər İcra Hakimiyyəti də bu yöndə işləyirlər. Dövlət başçısının sərəncamı da artıq hazır formadadır. Düzdür, mübahisəli məsələlər var, amma öz həllini tapacaq. Neçə vaxtdır ki, Prezidentin də bu barədə göstərişi var. Yaxın müddətdə problem həll olunmalıdır”. Millət vəkili hesab edir ki, dəmiryolu xəttinin üzərində, elektrik və qaz xəttinə yaxın olan evlərə sənəd verilməyəcək: “Belə evlər kifayət çoxdur. Həmin şəxslərə başqa yerdən ev veriləcək. Yəqin ki mənzillə təmin olunacaqlar”.