Siyasətçilər təcili müdaxilə etməsə böhran olacaq - Alman şirkətləri

11:13 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. Enerji şirkətləri Rusiya-Ukrayna müharibəsi səbəbindən bahalaşan qaz və elektrik enerjisinin qiymətlərini aşağı salmaq üçün siyasətçilərdən təcili müdaxilə etmələrini istəyir.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, Almaniyada son istehlakçıların 62%-ni elektrik enerjisi, 67%-ni isə qazla təmin edən bələdiyyə şirkətlərini təmsil edən Almaniya Bələdiyyə Şirkətləri Assosiasiyasının (VKU) baş meneceri İngbert Liebing ölkədə elektrik enerjisinin və qazın qiymətində məhdudlaşdırıcı tədbirlər tətbiq edilməzsə iqtisadiyyatın çökəcəyini istisna etməyib.

Bütün xəbərlər