Moskvada yeni ticarət mərkəzlərinin tikintisi 2 illik təxirə salınıb

12:26 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. Beynəlxalq pərakəndə satıcıların mağazalarının bağlanması ilə əlaqədar Moskva ticarət mərkəzlərində boş yerlərin həcmi 2022-ci ilin sonuna qədər hazırkı 11,3%-dən 15-20%-ə qədər arta bilər.

ABC.AZ xəbər verir ki, bu, məlumat CORE.XP konsaltinq şirkətinin araşdırmasında bildirilir.

Məlumatda qeyd edilib ki, "IKEA-nın Rusiyadan getməsi, eləcə də Inditex və H&M qrupları tərəfindən pərakəndə satış məntəqələrinin optimallaşdırılması proqramı üçüncü rübdə ticarət mərkəzlərində boş yerlərin artmasına səbəb olur.

"İlin sonuna qədər əmsal 15-20%-ə qədər arta bilər.Yeni ticarət mərkəzlərinin tikintisi 2023-2024-cü ilə qədər təxirə salınıb", - araşdırmada qeyd olunub.

Bütün xəbərlər