Bu sığorta daxilolmalari artıb – Təfərrüat

14:36 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. 2022-ci ilin 8 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2.948,6 mln. manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 103,2 mln. manat olub.

ABC.AZ-ın məlumatına görə, bu sığorta haqları üzrə daxilolmalar 2021-ci ilin 8 ayı ilə müqayisədə müvafiq olaraq 454,2 mln. manat (18,2%) və 17,4 mln. manat (20,3%) artıb.

2022-ci ilin yanvar-avqust aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin 8 ayına nisbətən 41,1% artaraq 524,7 mln. manat təşkil edib.

 

Bütün xəbərlər