İtaliyada enerji böhranı dərinləşir

14:55 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. Avqustda İtaliyada enerji inflyasiyası 76,4% təşkil edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, belə bir məlumat İtaliyanın Kiçik və Orta Sahibkarlar Assosiasiyasının hesabatında öz əksini tapıb.

Hesabata əsasən, avrozonada orta hesabla 51,9%, Avropa İttifaqının 27-i ölkəsində isə 48,8% olub.

Bununla yanaşı, qeyd olunur ki, ötən ay Fransada qaz və elektrik enerjisinin qiymətləri 23,8%, Almaniyada 46%, İspaniyada isə 54,3% artıb. Assosiasiya xatırladır ki, iyulda İtaliyada enerji inflyasiyası 59,1% təşkil edib.

 

Bütün xəbərlər