Son 8 ayda mobil operatorların gəlirləri belə olub - Detallar

27.09.2022,17:17


27 sentyabr, Fineko/abc.az. Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb.

 Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2022-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 15,3 faiz artaraq 1729,2 milyon manat təşkil etmişdir ki, onun da 75,9 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 39,1 faizi və ya 675,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.