ABŞ-dan Ermənistan Azərbaycan sülhünə dəstək - ABŞ-da görüş

10:00 - 28.09.2022


28 sentyabr, Fineko/abc.az. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Cek Sallivan özünün tviter hesabında yazıb.

“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanın birbaşa və konstruktiv danışıqlar aparması üçün ev sahibliyi etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının və vaxt məhdudiyyətli, məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”, - Ceyk Sallivan qeyd edib.

Bütün xəbərlər