Avropanın bu ölkələri idxal olunan istənilən təbii qaza maksimum qiymət həddi istəyir

10:15 - 28.09.2022


28 sentyabr, Fineko/abc.az. Avropa İttifaqının (Aİ) 13 ölkəsi idxal olunan istənilən təbii qaza maksimum qiymət həddi müəyyən etməyə çağırıb. Belə ki, 13 ölkə rəhbərliyi bu barə təşkilatın səlahiyyətlilərinə məktub ünvanlayıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə İtaliyanın “Il Sole 24 Ore” nəşri məlumat yayıb.

Məktubda qeyd olunub ki, getdikcə daha çox Aİ ölkəsi maksimum qiymət həddinin tətbiqi ilə bağlı çağırışlara qoşulur.

"Bu, ölkələrə inflyasiyanın təsiri ilə mübarizə aparmağa, təchizatçı şirkətlərin həddindən artıq mənfəət əldə etməsini məhdudlaşdırmağa yardım göstərə biləcək yeganə tədbirdir”, - müraciətdə deyilir.

Sözügedən məktuba İtaliya, İspaniya, Polşa, Yunanıstan, Belçika, Malta, Litva, Latviya, Portuqaliya, Sloveniya, Slovakiya, Xorvatiya və Rumıniya imza atıb.

Bütün xəbərlər