Sumqayıt-Xırdalan-Bakı qatarında acınacaqlı vəziyyət hökm sürür - Foto

14:03 - 28.09.2022


28 sentyabr, Fineko/abc.az. Məktəb və universitetlərin başlamasından sonra Sumqayıt-Xırdalan-Bakı qatarında acınacaqlı vəziyyət hökm sürür. Belə ki, vətəndaşlar qatardan istifadə etmək üçün ondan yararlanmaqda çətinlik çəkirlər.

ABC.AZ xəbər verir ki, bu günlərdə işdən çıxarkən vətəndaşların qatara minmək istəyərkən yaranmış acınacaqlı vəziyyətlə bağlı görüntülər yayılıb.

Görüntülərdə vətəndaşların böyük çətinlik hesabına qatara minməyə nail olduqları, bəzilərinin isə kənarda qalması öz əksini tapıb.

Gündəlik qatardan istifadə edən vətəndaşlar oxşar vəziyyətin hər gün müşahidə olunduğunu, lakin problemin həlli istiqamətində addım atılmadığını bildirirlər.

Bütün xəbərlər