“Dənizkənarı Milli Park” MMC-nin direktoru işdən çıxarıldı

16:17 - 28.09.2022


28 sentyabr, Fineko/abc.az. Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC-nin direktoru Ceyhun Məmmədov vəzifəsindən azad edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik İlqar Sadıqova həvalə olunub.

Xatrıladaq ki, "Dənizkənarı Milli Park" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 manatdır.

Bütün xəbərlər