2026-cı ilədək Azad olunmuş ərazilərə neçə nəfər köçürüləcək?

16:48 - 28.09.2022


28 sentyabr, Fineko/abc.az. İlkin mərhələdə Qarabağın azad edilmiş ərazilərinə köçürüləcək insanların sayı açıqlanıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Prezidentin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov məlumat verib.

Araz İmanov qeyd edib ki, 2022-2026-cı illəri əhatə edən ilkin mərhələdə azad olunmuş ərazilərə - Qarabağa təxminən 66 000 sakinin köçürülməsi planlaşdırılır.

Bütün xəbərlər