Dünya Bankı həyəcan təbili çalır - Dünya böhranla üzləşib

11:48 - 29.09.2022


29 sentyabr, Fineko/abc.az. Avronun zəifləməsi və yüksək inflyasiyanın Avropada resessiya ehtimalını artırır.

ABC.AZ xəbər verir ki, bunu Dünya Bankının prezidenti David Malpass bəyan edib. O qeyd edib ki, dünya artıq bir sıra böhranlarla üzləşib.

Malpassın sözlərinə görə, inkişaf etməkdə olan dünya üçün ən aktual təhlükə qlobal tənəzzülə çevrilən qlobal artımın kəskin yavaşlamasıdır. Malpass bir çox inkişaf etməkdə olan ölkələrin pandemiyadan əvvəlki dövrdə adambaşına düşən gəlir səviyyəsinə çata bilmədiklərini qeyd edib.

ABŞ iqtisadiyyatının bu ilin ilk iki rübündə daraldığını xatırladan Malpass, Kovid-19 epidemiyasına qarşı alınan karantin tədbirləri səbəbindən Çinin iqtisadi artımının da kəskin şəkildə yavaşladığını söyləyib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər