Banklar valyuta hərracında tələbi azaldıb

12:24 - 29.09.2022


29 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 29-da valyuta hərracında $56,6 mln satılıb ki, bu da ötən hərracda olduğundan $-0,4 mln (0,70%) azdır.

"Banklar tərəfindən valyuta hərracında tələb $56,6 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər