Banklardan 10-u "Apple Pay", 8-i isə "Google Pay"i dəstəkləyir - Nurlan Hacıyev

12:30 - 29.09.2022


29 sentyabr, Fineko/abc.az. "2021-ci ildə apardığımız araşdırmalara görə, Azərbaycanda sərnişinlərin 95%-i ödənişi təmassız etmək istəyir".

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilmiş konfransda "Visa" beynəlxalq kart təşkilatının Azərbaycan üzrə meneceri Nurlan Hacıyev bildirib.

"Azərbaycanda 14 dəmir yolu stansiyasında ödənişin təmassız olması üçün turniketlər quraşdırılıb. Hazırda ölkədəki banklardan 10-u "Apple Pay", 8-i isə "Google Pay"i dəstəkləyir və getdikcə onların sayı artacaq", - deyə "Visa" rəsmisi qeyd edib.

Bütün xəbərlər