Finlandiya ruslar üçün sərhədi bu tarixdən bağlayır

15:15 - 29.09.2022


29 sentyabr, Fineko/abc.az. Finlandiya hakimiyyəti sentyabrın 30-da ruslar üçün sərhədi bağlamaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, bunu Finlandiyanın "Helsingin Sanomat" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər koronavirus pandemiyasının qızğın çağında tətbiq edilən məhdudiyyətlərlə eyni olacaq.

Yeganə fərq ondadır ki, onlar yalnız ruslara şamil olunacaq. Ailə, təhsil üçün ölkəyə daxil olmaq mümkün olacaq.

Qəzet hesab edir ki, ilkin hesablamalara görə, Finlandiyaya gələn rusların sayı iki dəfə azalacaq.

Lakin hələlik yekun qərar verilməyib.

Bütün xəbərlər