Azərbaycabda ev təsərrüfatlarının kredit borcu 219 milyon manatdan çox artıb

10:00 - 30.09.2022


30 sentyabr, Fineko/abc.az. 2022-ci ilin avqust ayında Azərbaycanda ev təsərrüfatlarının cəmi kredit borcu (ev təsərrüfatlarına cəmi kredit qoyuluşları) 219,5 milyon manat artaraq 10 milyard 328,2 milyon manata çatıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin 8 ayında (yanvar-avqust) ev təsərrüfatlarının cəmi kredit borcu 1 milyard 720,9 milyon manat artıb.

2021-ci ilin sonunda ev təsərrüfatlarının cəmi kredit borcu 8 milyard 607,3 milyon manat təşkil etmişdi.

Ev təsərrüfatlarının cəmi kredit borcu 2022-ci ilin yanvar ayında 160,4 milyon manat, fevralda 180,7 milyon manat, martda 314,4 milyon manat, apreldə 197,9 milyon manat, mayda 222,7 milyon manat, iyunda 238,5 milyon manat, iyulda isə 186,8 milyon manat artıb.

 

Bütün xəbərlər