Son 8 ayda bu sektora kredit qoyuluşları azalıb

10:39 - 30.09.2022


30 sentyabr, Fineko/abc.az. 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin 8 ayında ticarət və xidmət sektoruna verilmiş kreditlər 139,3 milyon manat artaraq 3 milyard 131,8 milyon manata çatıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə inşaat sektoruna kredit qoyuluşları 289,3 milyon manat artaraq 1 milyard 192,5 milyon manata, sənaye sektoruna kredit qoyuluşları 100,1 milyon manat artaraq 1 milyard 71,8 milyon manata, nəqliyyat və rabitə sektoruna kredit qoyuluşları 21,8 milyon manat artaraq 759,1 milyon manata, kənd təsərrüfatı və balıqçılıq sektoruna kredit qoyuluşları 7,1 milyon manat artaraq 598,8 milyon manata çatıb.

Mədənçıxarma sektoruna kredit qoyuluşları 140,1 milyon manat azalaraq 608,9 milyon manata, digər sektorlara kredit qoyuluşları 17,9 milyon manat azalaraq 635,9 milyon manata düşüb.

 

Bütün xəbərlər