Neft bahalaşır, Brent barrel başına $87,23 təşkil edir

03.10.2022,09:30


3 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri sentyabr və III rübün nəticələrinə əsasən düşdükdən sonra bazar ertəsi keçirilən ticarətdə artır.

Saat 09:10-da London ICE Futures birjasında Brent neftinin noyabr fyuçerslərinin qiyməti, $87,23 (2,09%) təşkil edir ki, bu da ötən sessiyanın bağlanışındakı qiymətdən  barrel başına $2,45 yuxarı təşkil edir. Hərracların nəticələrinə görə, sentyabrın 30-da bu müqavilələr $0,53 (0,60%), barrel başına $87,96-dək ucuzlaşıb.

Saat 09:10-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftin noyabr fyuçers qiyməti $81,54 təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən $2,05 (2,58%) çoxdur. 30 sentyabrda baş tutan hərracların nəticələrinə görə, bu müqavilələrin dəyəri $1,74 (2,14%), barrel başına $79,49-a düşüb.

Brent ötən həftəni 2,2% artımla başa vurdu, lakin sentyabr ayının nəticələrinə görə 8,8% və III rübdə 23% azaldı. Ötən həftə ərzində WTI qiyməti 1% artıb, lakin sentyabr ayının nəticələrinə görə  – 11% və III rübdə  – təxminən 25% itirib.