Paytaxtın ticarət dövriyyəsi artıb

11:09 - 3.10.2022


3 oktyabr, Fineko/abc.az. 2022-ci ilin səkkiz ayında paytaxtın ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq 17 milyard 506,6 milyon manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən ABC.AZ-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 9 milyard 676,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,8 faiz artaraq 7 milyard 830,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Bütün xəbərlər