Azərbaycanın Dünya Bankının səhmlərində nə qədər payı var?

12:01 - 3.10.2022


3 oktyabr, Fineko/abc.az. Azərbaycanın Dünya Bankının səhmlərindəki payı 0,13 faizdir.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankda jurnalistlər üçün keçirilmiş təlimdə Dünya Bankının nümayəndəsi Zaur Rzayev deyib.

O təlim zamanı digər məsələlərə də toxunaraq qeyd edib ki, Azərbaycan hökuməti son zamanlar Dünya Bankından borcalmanı azaldıb.

Qeyd edək ki, ümumilikdə Dünya Bankının Azərbaycanda 50 layihəsi var. Bu isə 3,4 milyard dollar maliyyələşmə demkdir.

Cari layihələrin sayı 10, onun maliyyələşmə dəyəri isə 2,4 milyard dollardır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər