“Optimal Elektronika” MMC yenə məhkəməyə verildi

17:18 - 3.10.2022


3 oktyabr, Fineko/abc.az. Daşınmaz əmlakın idarəetməsini həyata keçirən “Facility Management Group” MMC elektronika və məişət avadanlıqları mağaza şəbəkəsini məhkəməyə verib.

ABC.AZ banker.az-a istinadən xəbər verir ki, şirkət “Optimal Elektronika” MMC barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşin mahiyyətində icarə müqaviləsi üzrə mübahisə göstərilib.

“Facility Management Group” MMC – ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən şirkətdir.

Şirkət əsasən “PMD Projects” MMC-nin (Zefir Mall, Vurğun və Xəzri rezident) binaları üzrə satış və icarəyə verir.

 

Bütün xəbərlər