Son bir ayda Rusiya Hindistana ən çox neft satan ikinci ölkə olub

12:26 - 4.10.2022


4 oktyabr, Fineko/abc.az. Sentyabrda Hindistanın Rusiya neftinin idxalı 18%-dən çox artıb. Bununla da Rusiya Cənubi Asiya respublikasına neft satışına görə ikinci olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Hindistana tədarük etdiyi neftin həcminə görə Səudiyyə Ərəbistanından sonra ikinci olub.

Hindistanın neft emalı zavodları keçən ay gündəlik 879 min barrel yanacaq idxal edib.

Hindistan Rusiya neftinin alışını 18,5% artırıb. Ekspertlər qeyd ediblər ki, “Hindistan daxili tələbatın mövsümi artımı səbəbindən cari rübdə daha çox Rusiya nefti ala bilər”.

Bundan əlavə, “Avropa İttifaqı dekabr ayından etibarən Rusiya neftinin idxalına qadağa qoyulması vədinə əməl edərsə, Rusiyanın Hindistan xam neft bazarındakı payı artmağa davam edə bilər”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər