Valyuta hərracına tələb 35% azalıb

04.10.2022,12:52


4 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, oktyabrın 4-də baş tutan valyuta hərracında $37,1 mln satılıb ki, bu da ötən hərracda olduğundan $19,5 mln (34,45%) azdır.

"Banklar tərəfindən valyuta hərracında tələb $37,1 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.