“Rəqəmsal manat” konsepsiyası nə vaxt hazır olacaq?

14:02 - 4.10.2022


4 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank bu ilin sonuna qədər “rəqəmsal manat” konsepsiyasının hazırlanmasını yekunlaşdırmağı planlaşdırıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov deyib.

F.Osmanov əlavə edib ki, konsepsiyanın hazırlanması növbəti ilin əvvəlinə qədər yubana bilər:

“Bir çox mərkəzi banklar rəqəmsal valyuta istiqamətində təhlillərini aparır. Hətta onlar müəyyən hissələri test edirlər. Azərbaycan Mərkəzi Bankı da artıq bu prosesi aktivləşdirib və beynəlxalq təşkilatların texniki yardımları çərçivəsində “rəqəmsal manat” üzrə konsepsiyanın hazırlanması üzrə işləri davam etdirir. Planlaşdırırıq ki, qısa zamanda konsepsiyanı formalaşdıraq".

 

Bütün xəbərlər