İngiltərə valyutası 10 faiz ucuzlaşa bilər - Proqnoz

04.10.2022,15:41


4 oktyabr, Fineko/abc.az. Funt-sterlinq keçən həftə Britaniya hökumətinin vergi endirimi planından geri çəkildiyi barədə xəbərlər ilə yenidən bahalaşmışdı.

ABC.AZ-ın məlumatına görə, ingilis valyutası dollar qarşısında sentyabrın 26-da 1.0350 ilə tarixinin ən aşağı səviyyəsinə düşmüşdü. Daha sonra 10% civarında artım qeydə alınıb.

Bununla belə, "Standard Chartered Plc" və "Royal Bank of Canada" siyasət səhvlərinə işarə edərək, funt-sterlinqin cari səviyyələrdən ilin sonuna qədər əlavə 10 faiz ucuzlaşacağını proqnozlaşdırırlar.