Bu ölkələr neft hasilatını əhəmiyyətli dərəcədə azaldacaqlar

10:19 - 5.10.2022


5 oktyabr, Fineko/abc.az. Səudiyyə Ərəbistanı, Rusiya və digər istehsalçılar bu gün Vyanada keçiriləcək OPEC+ toplantısında neft hasilatını əhəmiyyətli dərəcədə azaldacaqların elan edəcəklər.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, hasilatın azaldılması səviyyəsi hələ razılaşdırılmayıb, lakin Ər-Riyad və Moskva guya gündəlik 1-2 milyon barel və ya daha çox ixtisarda israr edirlər.

OPEC+ sazişində iştirak edən ölkələrin Rusiya nefti üçün tətbiqi müzakirə olunan qiymət tavanının (məhdudiyyətinin) sonradan digər istehsalçılara münasibətdə daha geniş tətbiq üçün presedentə çevrilə biləcəyindən ehtiyat edir. 

 

Bütün xəbərlər