Dünya Bankı Azərbacan barədə müsbət proqnoz verdi

10:28 - 5.10.2022


5 oktyabr, Fineko/abc.az. 2022-ci ildə Azərbaycanda ÜDM-in 4,2% artacaq.

ABC.AZ-ın interfax-a istinadən xəbər verir ki, bunu Dünya Bankı (DB) özünün dərc etdiyi Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş iqtisadi icmalda açıqlayıb. Sözügedən yazıda qeyd edilib ki, apreldə DB 2022-ci il üçün Azərbaycanda ÜDM-in artımını 2,7% səviyyəsində proqnozlaşdırmışdı.

O cümlədən, DB 2023-cü il üçün Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8%-dək (aprel proqnozu – 2,2%) və 2024-cü il üçün – 2,6% (aprel proqnozu – 2,3%) yaxşılaşdırıb.

“Qiymətləndirmələrimizə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-in real artımı 4,2%-ə, 2023-2024-cü illərdə - 2,7%-ə çatacaq. Ölkədə neft hasilatının bir qədər azalmasının təbii qaz hasilatının artması ilə kompensasiya olunacağı gözlənilir”, - DB qeyd edir.

 

Bütün xəbərlər