Mədəni İrsin Qorunması idarəsi Səfərbərlik Xidmətindən nə istəyir?

11:16 - 5.10.2022


5 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Səbail rayonunda yerləşən binasının fasadında etdiyi qeyri-qanuni müdaxilələrlə bağlı xəbərdarlıq edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Nuridə Allahyarova feysbukda bildirib ki, artıq qanunvericiliyin tələblərinə uyğun şəkildə həmin layihəyə mütəxəssislər tərəfindən baxılaraq rəy verilməsi işinə başlanılıb:

“Dünən məlumat vermişdim ki, Səbail rayonu, Neftçilər prospekti 51 ünvanında yerləşən tarix-memarlıq abidəsi olan binada qanunvericiliyin tələbləri gözlənilmədən təmir-bərpa işləri aparılır".

 

Bütün xəbərlər