İki kredit ittifaqının rəhbərləri dəyişib

12:28 - 5.10.2022


5 oktyabr, Fineko/abc.az. Azərbaycanda iki kredit ittifaqının rəhbərləri dəyişib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “Dostlar MM Kredit İttifaqı” MMC-nin direktoru Şəhla Məmmədova İslam qızı vəzifəsindən ayrılıb, onu Elman Məmmədov Həmid oğlu əvəz edib.

“Dostlar MM Kredit İttifaqı” – 2011-ci ildə Füzuli rayonun Horadiz şəhərində təsis edilib və 5005 manat nizamnamə kapitalı var.

Məhdud Məsuliyyətli “Yüksəliş Kredit İttifaqı”nın direktoru Fikrət Cavadov Höccət oğlu vəzifəsindən ayrılıb, onu bu vəzifədə Qadir Ağayev Nadir oğlu əvəz edib.

“Yüksəliş Kredit İttifaqı” – 2000-ci ildə Yardımlı rayonunda yaradılıb. Kİ-nin 400 manat nizamnamə kapitalı var.

 

Bütün xəbərlər