Avropanı ciddi böhran gözləyir -“Bloomberg“

05.10.2022,14:24


5 oktyabr, Fineko/abc.az. “ABŞ ciddi iqtisadi tənəzzüldən yayına biləcək, Avropanı isə mütləq resessiya gözləyir”.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu proqnozu nüfuzlu “Bloomberg“ agentliyi yayıb.

Agentlikdən  bildirilib ki, Avropa Birliyində vəziyyət enerji böhranı səbəbilə əhaliyə və özəl sektora olunan maliyyə yardımı ilə daha da gərginləşir.

Qeyd edək ki, analitiklər daha əvvəl pandemiyanın Avropa bölgəsindən çox ABŞ-a təsir edəcəyini proqnozlaşdırırdılar.

Amma, enerji böhranı bütün proqnozları alt-üst etdi. Belə ki, avrozonada inflyasiya 10%-ə çatıb ki, bu da ABŞ-dakı 8%-lik həddən yüksəkdir.

Analitiklər bu fərqin daha da artacağını proqnozlaşdırırlar. Məqalədə həmçinin bilidirilir ki, ABŞ əhali və biznesə subsidiya ayırmır. Amma, Avropa yardımları artırmağa davam edir.