Onların pensiyaları yenidən hesablandı

16:00 - 5.10.2022


5 oktyabr, Fineko/abc.az. 2022-ci ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 3344 pensiyaçının pensiyalarını yenidən hesablayaraq artırıb.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, həmin vətəndaşların pensiyalarına edilmiş bu artımlar üçün illik əlavə 4 milyon 662 min manat ayrılıb.

"Əmək pensiyaları haqqında" Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasına əlavə olunur.

 

Bütün xəbərlər