Bakıda 7 milyon manat nizamnamə kapitalı olan şirkət yaradıldı

05.10.2022,17:05


5 oktyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti "Real Estate" MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ xəbər verir ki, şirkətin nizamnamə kapitalı 7 milyon manatdır. "Real Estate" MMC-nin qanuni təmsilçisi Əzizov İlham Anar oğludur.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov ev. 8, 589-cu məhəllədir.