Neft artımdan sonra sabitdir, Brent barrel başına $93,43 təşkil edir

09:30 - 6.10.2022


6 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri dünən əhəmiyyətli bir yüksəlişdən sonra cümə axşamı günü ticarətdə cüzi şəkildə artır.

London ICE Futures birjasında Brent neftinin dekabr ayı üzrə fyuçers qiyməti  saat 09:16-da $0,06 (0,06%) - barrel başına $93,43-ə yüksəldi. 5 oktyabrda baş tutan ticarətin nəticələrinə görə, bu müqavilələr $1,57 (1,71%), barrel başına $93,37-ə qədər bahalaşıb.

Saat 09:16-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin noyabr fyuçersi $0,05 (0,06%) - barrel başına $87,81-ə yüksəldi. Oktyabrın 5-də baş tutan hərracların nəticələrinə görə,  bu müqavilələrin dəyəri $1,24 (1,43%), barrel başına $87,76-a qədər artıb.

Çərşənbə günü keçirilən iclasda OPEC+ ölkələrinin nazirləri noyabr ayında neft hasilatı kvotalarını 2 mln. b/s səviyyəsində azaltmağa qərar veriblər.

Bütün xəbərlər