"AzeSteelCompany"–nın istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib

11:46 - 6.10.2022


6 oktyabr, Fineko/abc.az. 4 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AzeSteelCompany" ASC-nin ümumi dəyəri 1,500,000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Birjadan ABC.AZ-a daxil olan məlumata görə,  faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 1500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10%, tədavül müddəti 24 ay, kupon faizlərinin ödəniş müddəti 90 gündən birdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Bütün xəbərlər