Gömrük Komitəsi bu şirkəti cərimələdi

06.10.2022,12:29


6 oktyabr, Fineko/abc.az. “Exol Azerbaijan” QSC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Azər Tağıyevdir.

Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Fəaliyyət sahəsi işlənmiş yağların emalı, investisiya məbləği 0.2 milyon manatdır.