İstanbulun bu hissələrində əcnəbilərin qeydiyyatı dayandırılıb

15:13 - 7.10.2022


7 oktyabr, Fineko/abc.az. İstanbulun Küçükçekmece, Başakşehir, Bağcılar, Avcılar, Bahçelievler, Sultanqazi, Esenlər və Zeytinburnu olmaqla daha səkkiz rayonunda əcnəbilərin qeydiyyatı dayandırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Qeyd edilib ki, yeni qərar ali təhsil alan, əmlak sahibi olan və sağlamlıq vəziyyəti ilə əlaqədar bu bölgələrdə yaşayan əcnəbiləri əhatə etmir.

Xatırladaq ki, bundan əvvəl şəhərin Fatih və Esenyurd rayonlarında da xarici ölkə vətəndaşlarının qeydiyyatı dayandırılmışdı.

 

Bütün xəbərlər