Daha 233 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək - Bu tarixdən

15:38 - 7.10.2022


7 oktyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına daha 223 tam təmirli mənzil əlavə edilib.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, bununla yanaşı Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi üzrə 36 mənzil təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir.

Həmçinin, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 187 mənzil təklif olunur.

Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 17 oktyabr 2022-ci il tarixindən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər. 

Qeyd edək ki, 2020-ci ildən indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmindən 2 491 ailə faydalanıb. 

 

Bütün xəbərlər