Aylıq maaşı 1000 avrodan az olan prezident - Foto

17:26 - 7.10.2022


7 oktyabr, Fineko/abc.az. Moldova Prezidenti Maya Sandu aylıq maaşının məbləğini açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Sandu müsahibəsində ayda 1000 avrodan az maaş aldığını deyib. Prezident maaşından narazı olmadığını bildirib.

“Mənim aylıq maaşım 1000 avrodan azdır”, - xanım prezident ölkəsinin kasıb olduğunu söyləyib.

Sandu, həmçinin qeyd edib ki, xalqın pulunu öz ehtiyaclarına sərf etmək istəmədiyi üçün prezident iqamətgahında yaşamır.

O, öz mənzilində yaşayır və işıq pulunu öz hesabından ödəyir.

 

Bütün xəbərlər