Təhsil nazirliyi 15 milyon manata yanğından mühafizə sistemləri alır

10:16 - 10.10.2022


10 oktyabr, Fineko/abc.az. Təhsil Nazirliyinin bir müddət əvvəl elan etdiyi tenderə yekun vurulub.

ABC.AZ xəbər verir ki, tender "Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması" ilə bağlı keçirilib və tenderin qalibi "ELEMENT YT" QSC seçilib.

Nazirlik qalib şirkət ilə məbləği 15 milyon 144 min 749.4 manatdır.

2019-cu ildə dövlət qeydiyyatına alınmış və hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 noyabr pr 15 olan "Element YT" QSC-nin qanuni təmsilçisi Paşayev Mətləb Allahverdi oğludur.