"Texnikabank" ASC-nin daşınmaz əmlakı satışa çıxarılır

14:39 - 11.10.2022


11 oktyabr, Fineko/abc.az. Oktyabrın 19-u saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Texnikabank" ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.

Fonddan ABC.AZ-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,03181 hektar torpaq sahəsində yerləşən 87 nömrəli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində və birmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 259,7 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın təkrar hərracdakı satış qiyməti 1 milyon 100 min manatdır. Əmlakın sentyabrın 21-də keçirilən ilkin hərracı baş tutmayıb. Təkrar hərrac oktyabrın 19-u saat 11:00-da keçiriləcək. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına köçürülməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Bütün xəbərlər