Azərbaycanda sahibkarların tələbi ilə gömrük rüsumları azaldıla bilər

13:04 - 5.06.2018


5  iyun, Fineko/abc.az. Azərbaycanda gömrük rüsumları azaldıla bilər.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sözlərinə görə, komitə, 2019-cu il dövlət büdcəsi paketinin hazırlanması çərçivəsində hökumətə təkliflər təqdim edəcək.

“Hazırda Gömrük Komitəsi 2019-cu ildə gömrük dərəcələrinin azaldılması üzrə ciddi təklifləri nəzərdən keçirmir, lakin əsasən komitəyə sahibkarlar tərəfindən xammalın idxalına dərəcələrin azaldılması haqda təkliflər daxil olur. Gömrük Komitəsi sahibkarların təkliflərini nəzərdən keçirməyə və zəruri hallarda müvafiq qiymətləndirmədən sonra qərar qəbul etməyə hazırdır”, - deyə Səfər Mehdiyev bildirib.

 

Bütün xəbərlər