Saat əqrəblərinin hərəkətinin tarixçəsi

16:01 - 5.06.2018


Nəyə görə saatlarda əqrəb məhz soldan sağa doğru hərəkət edir, əksinə deyil? Və hətta saat əqrəbi istiqamətində hərəkət terminini belə işlədirik.

Bu saatın ilk kəşf olunduğu yerlə əlaqədardır.

Ən qədim saatlar günəş saatları hesab olunur. İlk günəş saatını isə qədim Misirlilər kəşf ediblər. Onlar müşahidə etmişlər ki, günəş hər gün eyni istiqamətdə doğur və dəqiq trayektoriya ilə göydə hərəkət edir və batır. Günəşin hərəkətinə uyğun olaraq isə əşyaların kölgəsi də istiqamətini dəyişir. Bu faktdan yararlanaraq misirlilər ilk günəş saatını yaratmışlar. Bu çox sadə qurğu idi. Hamar sahənin mərkəzində düz bir çubuq basdırırdılar. Günəşli havada bu çubuq indiki saatların sferblatını əvəz edən həmin sahəyə kölgə salırdı və günəşin hərəkəti zamanı daşın kölgəsini izləyərək vaxtı ölçürdülər.

Günəş şərqdən doğub qərbdə batdığı üçün kölgənin hərəkəti soldan sağa doğru yerini dəyişirdi. Sonradan mexaniki saatlar yarandıqda da eqrebin hərəkəti soldan sağa doğru oldu. Bu da təsadüfi deyildi. Belə ki, ilk mexaniki saat XIII əsrdə Fransada hazırlanıb və Fransa da şimal yarımkürəsi ölkəsidir. O dövrdə elmə cənub yarımkürəsi məlum deyildi və insanlar günəşin dünyanın digər ucunda əksinə dövr etdiyindən xəbərsiz idilər.

 

Bütün xəbərlər