Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq - Prezident

17:13 - 14.10.2022


14 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev Astanada çıxış edib.

ABC.AZ xəbər verir ki, Azərbaycan Prezidenti çıxışının sonunda iclas iştirakçılarının diqqətinə Qarabağ ermənilərinin taleyi barədə Azərbaycanın mövqeyini çatdırıb.

“Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 

Bütün xəbərlər