İlham Əliyev Goranboy rayonunda və Neftçala şəhərində bir sıra obyektlərin açılışında iştirak etdi

16:58 - 5.06.2018


5 iyun, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyevin ölkənin regionlarına səfəri davam edir.

Dövlət başçısı Goranboy və Neftçala rayonlarına səfəri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak etdi.

Dövlət başçısı Goranboy rayonundakı Dəliməmmədli yarımstansiyasının, Şəmkir-Samux-Goranboy magistral irriqasiya kanalının 4,95 km sahəsinin və Bayraq Muzeyinin açılışında iştirak edib.

İlham Əliyev həmçinin Neftçala şəhərindəki Mərkəzi Şəhər Xəstəxanasının açılışında iştirak edib və hərbi hissənin hərbi şəhərciyi ilə tanış olub.

 

Bütün xəbərlər