Gürcüstan son 9 ayda turizm sektorundan 2,5 milyard dollar gəlir əldə edib

10:57 - 20.10.2022


20 oktyabr, Fineko/abc.az. Gürcüstanın bu ilin yanvar-sentyabr aylarında turizmdən əldə etdiyi gəlir 2,5 milyard dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin Milli Turizm Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu ilin doqquz ayının gəliri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 190,8% çoxdur.

Nazirlik qeyd edir ki, təkcə sentyabr ayında respublika turizmdən 375 milyon dollardan çox gəlir əldə edib ki, bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 132,1% çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstana 3,8 milyondan çox xarici turist səfər edib, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Respublikaya ən çox turist Rusiya, Türkiyə və Ermənistandan gəlib.

Bütün xəbərlər